Azərbaycanda yaşayan əcnəbilərin sayı məlum oldu

Azərbaycanda yaşayan əcnəbilərin sayı məlum oldu
  01 Aprel 2018    Oxunub:1487
2017-ci ilin 31 dekabr tarixinə olan rəsmi məlumata əsasən, Azərbaycanda olan və ya yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin sayı 109129 nəfərdir.
Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilib. Qeyd olunub ki, onlardan 64015-i olduğu yer üzrə qeydiyyat, 26-sı müvəqqəti olma müddətinin uzadılması, 34079-u müvəqqəti müvəqqəti yaşamaq üçün icazə, 10942-si daimi yaşamaq üçün icazə, 67-si isə qaçqın status ilə ölkə ərazisində yaşayır.

Həmçinin, 2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   Hesabat   Əcnəbi  





Xəbər lenti