Əli Kərimli gecikdi, mitinq başa çatdı - FOTOLAR (Yenilənib)
***
Müxalifətin Milli Şura adlı radikal qrupu və Müsavat partiyasının bu gün saat 15:00-a təyin etdiyi mitinq yarım saat gec başlayıb.
AzVision.az xəbər verir ki, buna səbəb Əli Kərimli və Arif Hacılının mitinq yerinə gec gəlməsi göstərilir. Ənənəvi yığıncaq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirilir.
Milli Şura və Müsavatın çağırışına qoşulanların sayı bundan əvvəlki mitinqlə müqayisədə xeyli azdır.
Qeyd edək ki, müxalifətin digər partiya və təşkilatları 31 mart mitinqini dəstəkləmir.
Elvin Abdulqədirov
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: Mitinq Müxalifət Milli-Şura