"Ermənistan tərəfi gülünc doğuran addıma əl atıb" - XİN
XİN rəsmisi bildirib ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır. H.Hacıyevin sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim etdiyi və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb.
"Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim edir"- H.Hacıyev əlavə edib.
AzVision.az
Teqlər: XİN Hikmət-Hacıyev