“Xocalı soyqırımını törədənlər cavab verməlidir” - Səfir

“Xocalı soyqırımını törədənlər cavab verməlidir” - Səfir
  26 Fevral 2018    Oxunub:1577
“Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verməlidir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, bu olayı qınamaq və lənətləməklə kifayətlənmək olmaz.

“Bu faciəni törədənlər cavab verməlidir. Hər zaman Xocalıya ədalət istəməkdə davam edəcəyik. Biz Türkiyə xalqı olaraq Xocalını unutmayacağıq və unutdurmayacağıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Xocalı   Türkiyə   Səfir  





Xəbər lenti