Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb

Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
  08 Dekabr 2017    Oxunub:1517
Dekabrın 7-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Qırğızıstana gedib.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, elə həmin gün səfər çərçivəsində O. Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək. TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: Oqtay-Əsədov   Sədr   TBMM  





Xəbər lenti