Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  23 Sentyabr 2013    Oxunub:1135
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
AzVision.az xəbər verir ki, sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir.

Sentyabrın 24-də hava gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda sentyabrın 23-dən 24-ə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava gün ərzində əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-19, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı ehtimalı var.


Teqlər:  





Xəbər lenti