Bu gün Bakıda gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən AzVision.az-a daxil olan məlumata görə, suyun kəsilməsi magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar reallaşdırılacaq.