Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb - Yenilənib
Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.
Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.
***
Hazırda Nyu-Yorkda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.
XİN rəsmisinin sözlərinə görə, Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edir.
AzVision.az
Teqlər: XİN Məmmədyarov