Qarabağda iki erməni hərbçinin yaralanması gizlədilib
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarbağda yerləşən hərbi hissələrin birində (Talış istiqaməti) xidmət edən əsgər Vahe Qriqoryana “Döyüş xidmətlərinə görə” medal verilib.
Jurnalistlərə müsahibə verən Vahe Ermənistanın rəsmi orqanlarının gizlətdiyi məlumatları açıqlayıb.
“Mükafat aldığım barədə xəbəri eşidəndə hospitalda müalicə olunurdum. 15 iyun 2017-ci ildə gecə atışma zamanı zabitimiz yaralandı. Ona kömək edərkən, mən də qollarımdan yaralandım. İndi müalicə alıram. Müalicəm başa çatdıqdan sonra hərbi hissəyə qayıdacağam ”- erməni əsgər deyib.
Erməni əsgərin bildirdiyi kimi, 15 iyun 2017-ci il tarixində Qarabağın Talış istiqamətində Azərbaycan ordusu tərəfindən düşmən təxribatının qarşısı alınarkən bir erməni zabit və bir əsgər yaralanıb. Ermənistanın Müdafiə Nazirliyi bu məlumatı indiyədək gizlədilib.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Qarabağ