Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış!
“Dostunu “Nar”-a gətir” kampaniyasında 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari abunəçilər iştirak edə bilərlər. Nömrəni aldıqdan sonra yeni “Nar” abunəçisinin tövsiyəçi dostunun nömrəsini 5 gün ərzində SMS vasitəsilə 7774-ə göndərmək imkanı var. “Dostunu “Nar”-a gətir” kampaniyasının iştirakçısı olan yeni abunəçi də öz dostlarını və tanışlarını şəbəkəyə dəvət edə və balansına pullar qazana bilər. Başqa sözlə, dostunu “Nar”-a gətirən hər kəs 5 ay pulsuz danışır, dostu isə 1 aylıq danışıq qazanır.
Ətraflı məlumatı nar.az saytı, 777 qısa nömrəsi və sosial şəbəkələrdə 24 saat fəaliyyət göstərən “Nar” dəstək xidmətindən əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AzVision.az
Teqlər: NAR