Bu günə gözlənilən hava şəraiti
Azərbaycanın rayonlarında isə sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
AzVision.az