“Təfəkkür”ün 300 tələbəsi digər ali məktəblərə köçürülüb - Nazirlik
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
“Artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır. Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır”.
Qeyd edək ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsəd ilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təfəkkür