London metrosunda terror: 20 nəfər yaralanıb (VİDEO)

London metrosunda terror: 20 nəfər yaralanıb (VİDEO)
  15 Sentyabr 2017    Oxunub:9152
London polisi hesab edir ki, “Parsons Qrin” metrostansiyasında baş verən partlayış terror aktıdır.

AzVision.az BBC-ə istinadən xəbər verir ki, son məlumata görə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb. Ölənlər barədə yenə məlumat verilmir.







***
(12:00)

Böyük Britaniyanın paytaxtı Londonda metrostansiyasında partlayış olub.

AzVision.az xəbər verir ki, partlayış “Parsons Qrin” metrostansiyasında baş verib.

Məlumata əsasən, qatarın arxasında ağ konteyner partlayıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Ölənlərin olub-olmaması haqda məlumat verilməyib. Polis hələlik hadisənin terror aktı kimi dəyərləndirildiyini açıqlamayıb.

Hazırda hadisə yerinə fövqəladə xidmət əməkdaşları və polis cəlb olunub.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: London   Metro   Partlayış  





Xəbər lenti