Xocahəsən-Lökbatan yolu təmir olunur

Xocahəsən-Lökbatan yolu təmir olunur
  07 Avqust 2017    Oxunub:1455
Xocahəsən - Lökbatan avtomobil yolunun 9 - 13 km-lik hissəsində cari təmir- bərpa işləri görülür.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.

Ümumilikdə təmizlənmiş hissələrə 10 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.

AzVision.az


Teqlər: Azəravtoyol  





Xəbər lenti