ASAN Könüllülərinin `Həmrəylik Düşərgəsi` - Video

ASAN Könüllülərinin `Həmrəylik Düşərgəsi` - Video
  20 Sentyabr 2016    Oxunub:1950
2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunması münasibətilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən Lahıcda "Həmrəylik düşərgəsi" layihəsi keçirilib.
AzVision.az xəbər verir ki, layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçirilib və müxtəlif turlar təşkil olunub. Düşərgə zamanı, həmçinin dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü keçirilib. Qeyd edilib ki, "Həmrəylik düşərgəsi"nin keçiriləcəyi Lahıc qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.

“Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü 6 günçadırlarda yaşayıb. Tədbirlər sırasında Niyaldağa yürüş daha maraqlı xarakter daşıyıb. İştirakçılar Azərbaycanın qədim tarixi ərazi və abidələri ilə tanış olublar.Azərbaycan tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırılıb.

Könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun təşkilatçılığı ilə 16 ölkədən Lahıca gəlmiş “Yay məktəbinin” nümayəndələri ilə də görüşmüşlər. Multikulturalizm məktəbinin iştirakçıları “Həmrəylik düşərgəsi”ni gəzmiş, multikulturalizm dəyərləri ilə bağlı könüllülərlə fikir mübadiləsi aparmışlar. Görüşdə müxtəlif xalqların musiqisi canlı ifa edilib, “Məhəbbətin qənimi” tamaşası izlənilib.

Düşərgənin beşinci günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirakçılarla görüşüb, layihənin yüksək səviyyədə icra olunduğunu bildirib. Müzakirə və könüllük fəaliyyəti barədə diskussiya aparılıb.

Layihə müddətində Lahıcda bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər keçirilib. Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal Qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb.Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq edilməsi və onlarda fiziki sağlamlığa maraq aşılamaq, Azərbaycanın tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.

Daha sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdə multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar. Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin Qənimi” tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşa qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti