Universitet professoru vəfat etdi

  26 Avqust 2013    Oxunub : 253
Universitet professoru vəfat etdi
Folklorşünas alim, Gəncə Dövlət Universitetinin professoru Sədnik Paşa Pirsultanlı vəfat edib.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin verdiyi məlumata görə, Sədnik Paşa Pirsultanlı Gəncədə ürək tutmasından dünyasını dəyişib.

Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. Qırxdan artıq kitabın müəllifi olan alim əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi", 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub. Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin, Aşıq Şəmşirin, Xəstə Qasımın yaradıcılığının tədqiqatçısı kimi tanınıb.(apa)

Teqlər: