`Formula- 1`in test yürüşü - Yenilənib (VİDEO)

`Formula- 1`in test yürüşü - Yenilənib (VİDEO)
  17 İyun 2016    Oxunub:31667
Bu gün Bakıda “Formula-1” yarışları çərçivəsində birinci test yarışı keçirilib.

AzVision.az xəbər verir ki, daha əvvəl “Formula-1” çərçivəsində `GP2`üzrə test yürüşü başa çatıb.

Pilotlar ikinci dəfə saat 17:00-da start xəttinə yaxınlaşacaqlar.



İlk sınaq yürüşündə olduğu kimi bu dəfə də müddət 1.5 saat nəzərdə tutulub. Pilotlar hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində dövrə vuracaqlar.



Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu - Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti