Gediş haqqı bahalaşdı
Beynəlxalq əlaqə üzrə dəmiryol nəqliyyatında sərnişindaşıma tarifləri 1,2 faiz bahalaşıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11,0 faiz, digər xarici ölkələrə isə 5,4 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,3 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 8,4 faiz bahalaşıb.