5 ölü, 1 yaralı: Motosiklet və moped qəzalarının kədərli statistikası

      5 ölü, 1 yaralı:    Motosiklet və moped qəzalarının kədərli statistikası
  23 İyun 2026    Oxunub:195
Bu ilin 5 ayı ərzində paytaxt ərazisində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 5 nəfər ölüb, 1-i xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşısının alınması istiqamətində davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

İyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.


Teqlər:



Xəbər lenti