Putin TAP-a qoşulmağa gəlir?

  07 Avqust 2013    Oxunub : 410
Putin TAP-a qoşulmağa gəlir?
Rəsmi Bakı Rusiyaya TAP layihəsində iştirak etməyi təklif edəcək.
Bu sensassion bəyənatla Türkiyənin Yeni Asya qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, Rusiya və İran, ABŞ-ın Xəzər ətrafında artan nüfuzuna görə çox narahatdır. Amerika ilə Azərbaycan arasında inkişaf edən dostluq münasibətləri və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı bu ölkənin Özbəkistan- Qazaxıstan -Xəzər -Azərbacyan -Gürcüstan marşurutundan istifadə etməsi və Rusiya ilə əhatələndiyini hiss edən İranı narahat edir. Bundan başqa İran və Rusiyanı narahat edən digər bir məsələ ABŞ-ın Xəzər dənizində hərbi baza yaratmaq istiqamətində gördüyü işlərdir. Azərbaycan Xəzərdən çıxardığı təbii qazı TANAP və daha sonra ona qoşulacaq TAP (Trans Adriatik neft kəməri) layihələri vasitəsilə Avropaya çıxarmağı planlaşdırır və bu layihələr özlüyündə Rusiyanı narahat etməyə bilməz.

Narazılığı azaltmaq məqsədilə TAP layihəsindən Rusiyaya pay vermək fikri də şimal qonşumuzu sakitləşdirmək üçündür. Təklif
“Rosneft” rəhbəri İqor Seçinin Bakı səfəri zamanı səsləndirilib və Putinin Azərbaycan səfəri zamanı müzakirə mövzusu olacağı gözlənilir.

Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.




Teqlər: