"300 minə yaxın azərbaycanlının Ermənistandan qovulması pislənilməlidir"

   "300 minə yaxın azərbaycanlının Ermənistandan qovulması pislənilməlidir"
  15 Yanvar 2025    Oxunub:333
300 minə yaxın azərbaycanlının indiki Ermənistan ərazisindən qovulması dünyada presedenti olmayan ədalətsiz qərar kimi pislənilməlidir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığı açıq məktubunda qeyd edib.

O bildirib ki, onların ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmini daim beynəlxalq ictimaiyyətin diqqətində olmalı, bu vəziyyətin davam etməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul edilməlidir:

"Beynəlxalq sənədlər Ermənistanın üzərinə, onun ərazisindən qovulmuş azərbaycanlıların hər hansı bir ayrı-seçkiliyə yol verilmədən, sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq da daxil olmaqla, onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Buna görə də vaxtilə indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz vətənlərində yaşamaq hüququna malik olmaları, əzəli, toxunulmaz, mütləq və həlledici bir faktor kimi qəbul edilərək təmin olunmalıdır. Ermənistanın milli hüquqi çərçivəsi azərbaycanlılar üçün əlçatan olması məqsədilə təkmilləşdirilməli, onların bərabər hüquqları təmin olunmalı, ana dillərində təhsil almaq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında Azərbaycan dilindən istifadəyə imkan yaradılmalıdır".

AzVision.az



Teqlər:





Xəbər lenti