Dünyanın 3 ən varlı adamı Trampın andiçmə mərasiminə qatılacaq

   Dünyanın 3 ən varlı adamı Trampın andiçmə mərasiminə qatılacaq
  15 Yanvar 2025    Oxunub:348
Üç amerikalı milyarder – “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask, “Amazon.com” internet-şirkətinin, və “Blue Origin” aerokosmik şirkətinin təsisçisi və sahibi Ceff Bezos və “Meta” şirkətinin rəhbəri Mark Zukerberq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminin qonaqları siyahısında yer alıblar.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın “NBC News” telekanalı məlumat yayıb.

“Mərasimdə onlara Tramp kabinetinin namizədləri, seçilmiş rəsmilər və digər fəxri qonaqlarla bir platformada mötəbər yer veriləcək”, - telekanal vurğulayıb.

Qeyd edək ki, bu üç sahibkar dünyanın ən varlı adamları siyahısının liderləridir: İlon Masak birinci, Ceff Bezos ikinci, Zukerberq isə üçüncü yeri tutur.

Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bundan başqa, mediada yayımlanan xəbərlərə görə, Donald Trampın seçki kampaniyasına 250 milyon dollar xərcləmiş İlon Mask yeni prezidentin komandasının formalaşdırılmasında çox aktiv rol oynayır. Bəzi mənbələr onun bu fəallığının nəinki ABŞ-nin yeni prezidentinin komandasını, hətta onun özünü belə artıq qıcıqlandırdığını iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   andiçmə   milyarderlər  





Xəbər lenti