Aktauda təyyarə qəzasında xəsarət alan 6 Rusiya vətəndaşı xəstəxanadan buraxılıb

Aktauda təyyarə qəzasında xəsarət alan 6 Rusiya vətəndaşı xəstəxanadan buraxılıb
  15 Yanvar 2025    Oxunub:274
Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin stasionar müalicəsi davam edir.
AzVision.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 nəfər səhhətinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb.

Azərbaycanda son illərdə baş verən təyyarə qəzaları
Yaralanan 3 Rusiya vətəndaşının vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir. Evə buraxılananlar arasında bir uşaq da var.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   AZAL   qəza  





Xəbər lenti