Səbinə Əliyeva: Ermənistanın törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var

      Səbinə Əliyeva:    Ermənistanın törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var
  15 Yanvar 2025    Oxunub:300
Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-Azərbaycan və antitürk nifrətinin formalaşdırılması və ötən dövr ərzində daha da inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkil edib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığı açıq məktubunda qeyd edib.

Bildirilib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı sülh və insanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə və deportasiya aktları ilə bağlı kifayət qədər əsaslı sübut və dəlillər mövcuddur:

"Bu faktlarla bağlı beynəlxalq qurumlara dəfələrlə müvafiq hesabatlar, bəyanatlar və müraciətlər göndərilsə də, Azərbaycana qarşı tətbiq olunan ikili standartlar nəticəsində həmin beynəlxalq cinayətlərə hələ də adekvat reaksiya verilmir. Xüsusilə təəssüf doğuran hallardan biri də odur ki, son dövrlərdə Ermənistan tərəfindən bu cinayətlərin inkar edilməsi, əksinə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi münasibət yaradılması üçün əsassız iddiaların irəli sürülməsi tendensiyası müşahidə olunur".

AzVision.az



Teqlər:





Xəbər lenti