Danimarkanın Baş naziri: "Qrenlandiya özü qərar verəcək"

  Danimarkanın Baş naziri: "Qrenlandiya özü qərar verəcək"
  15 Yanvar 2025    Oxunub:410
"Qrenlandiya müstəqilliyi ilə bağlı qərarı özü verəcək".
AzVision.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında deyib.

Məlumatı hökümət başçısının ofisi yayıb.

“Müzakirə zamanı Baş nazir Qrenlandiyanın Nazirlər Kabinetinin sədri Mute Egedenin Qrenlandiyanın satılmaması ilə bağlı verdiyi açıqlamaya istinad edib. Baş nazir bildirib ki, müstəqilliklə bağlı qərarı Qrenlandiyanın özü verməlidir”, - məlumatda deyilir.


Teqlər:





Xəbər lenti