“Tesla” qiyməti salır: “Q” modeli bu il satışa çıxacaq

       “Tesla” qiyməti salır:    “Q” modeli bu il satışa çıxacaq
  13 Yanvar 2025    Oxunub:641
“Tesla” şirkəti nisbətən ucuz olacağı gözlənilən “Q” modelinin bəzi parametrlərini açıqlayıb.
“Tesla Model Q” elektromobili “Tesla Model 3”dən 15% kiçik və 30% yüngül olacaq. Nəticədə onun istehsal xərcləri aşağı düşür. Elektromobilin $30.000-dan aşağı qiymətə (güman ki, təxminən $25.000 həndəvərində ) bazara çıxarılacağı gözlənilir. Bu, digər bənzər maşınlarla rəqabətdə uduzmamaq məqsədilə edilir.


Avtomobil iki konfiqurasiyada - 53 və 75 kvt/saatlıq dəmir-fosfat batareyalı versiyalarda satışa çıxarılacaq. Maksimal yürüş məsafəsi 500 km. olacaq.

Alıcılar həmçinin, arxa ikisi, yoxsa dörd təkəri aparıcı olan modellərin arasında seçim edə biləcəklər.


“Tesla Model Q” bu ilin birinci yarısında satışa çıxarılacaq. Ekspertlərin fikrincə, bundan sonra “Tesla”nın satış həcmi 30-40 faiz arta bilər.

Samir Quliyev
AzVision.az


Teqlər: Tesla   Elektromobil  





Xəbər lenti