35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
Peyvənd olunanlardan 4 min 431 nəfər 0-17 yaş aralığı, 29 min 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir.
Qeyd edək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Vaksinasiya prosesində Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: