"Qəzzada atəşkəs artıq qaçılmazdır, bu barədə bütün tərəflərdən müsbət mesajlar alırıq, amma rəsmi elanı gözləmək lazımdır. Hərçənd bilməliyik ki, yalnız atəşkəs həll yolu deyil. Atəşkəs bu deməkdir ki, İsrail və HƏMAS arasında əsir mübadiləsi baş tutacaq, hərbi əməliyyatlar dayandırılacaq, qoşunlar ərazidən çıxarılacaq. Bu çox yaxşıdır, ancaq əsas məsələ vəziyyəti 7 oktyabr 2023-cü ildən (HƏMAS-ın İsrailə hücumunun baş verdiyi tarix - red.) əvvəlki hala qaytarmaqdır. Təəssüf ki, belə bir nəticə mümkün deyil", - nazir vurğulayıb.
Norveçdə İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqlar aparılacaq |
Xatırladaq ki, Norveçdə 80 ölkənin iştirakı ilə İsrail-Fələstin münaqişəsinin başa çatdırılması və Qəzzada "iki dövlətli həll yolu"nun müəyyənləşdirilməsi məqsədilə qlobal səviyyədə danışıqlar baş tutacaq.
Firudin Həmidli
AzVision.az