`Pullarımı xəstəxanaya tökdüm` - Nəvəsi ölən xalq artisti

`Pullarımı xəstəxanaya tökdüm` - Nəvəsi ölən xalq artisti
  06 Sentyabr 2016    Oxunub:8548
“Mən nəvəmdən imtina etməmişəm. Fikirlərimi yalnış yozub, belə bir nəticəyə gəliblər”
Bunu AzVision.az-a xalq artisti Tariyel Qasımov ötən gün dünyasını dəyişən nəvəsi, paraolimpiyaçı Fariz Kərimlidən imtina etməsi haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Xalq artisti bildirib ki, sağlığında nəvəsindən imtina etməsi haqqında deyilən məlumatlar həqiqəti əks etdirmir.

“Mən nəvəmin müalicəsi üçün kifayət qədər pul xərcləmişəm. Pullarımı xəstəxanaya tökdüm.
Sonda Qarayev adına xəstəxananın baş həkimi mənə dedi ki, Tariyel müəllim, buna havayı pul tökməyin. Bu elə bir xəsətlikdir ki, vaxtı gələndə rəhmətə gedəcək, müalicəsi yoxdur. Mən də bunu valideyinlərinə dedim. Nəvəmdən niyə imtina edim axı? O, mənim qızımın oğludur. İmkanları da yaxşıdır”.

Qeyd edək ki, 27 yaşlı Fariz Kərimli ürəyində və ağciyərində yaranmış ciddi xəstəlik səbəbindən oksigen çatışmazlığından, boğulmadan və böyrək xəstəliyindən əziyyət çəkib. Paraolimpiya Oyunlarında iştirak edən F. Kərimli Azərbaycan çempionatında birincilik qazanıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti