Bayram günü yağış yağacaq

Bayram günü yağış yağacaq
  07 Avqust 2013    Oxunub:1992
Temperatur yenidən düşəcək, yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 8-də havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində qısamüddətli yağış yağacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə olacaq.

Rayonlarda avqustun 8-də əsasən şimal rayonlarından başlayaraq şimşək çaxacaq, arabir yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Məlumata görə, qeyri-sabit hava şəraiti avqustun 11-nə kimi davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti