34 nəfər imtahandan xaric edilib

34 nəfər imtahandan xaric edilib
  05 Avqust 2013    Oxunub:1188
Hazırda cavab kartlarının emal prosesi aparılır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

AzVision.az xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 42 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanmış və imtahanın gedişi nəzarətdə saxlanıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 34 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə görə - imtahanın gedişinə mane olma, sual kitabçalarını dəyişməyə və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır.


Teqlər:





Xəbər lenti