Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların siyahısı açıqlandı

 Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların siyahısı açıqlandı
  02 Avqust 2013    Oxunub:1187
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmuş dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin siyahısını açıqlayıb.

AzVision.az xəbər verir ki, siyahıda 53 abituriyentin adı, iş nömrəsi və qəbul olduğu ixtisası əks olunub. Ali məktəblərə müsabiqədənkənar qəbul olan 53 abituriyentin 3-ü dünya fənn olimpiadalarının, 2-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin, 48-i isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.

AzVision.az



Teqlər:





Xəbər lenti