Sosial yardım almaq asanlaşdı
sayı minimuma endirilir
Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır. Nazirlik «Elektron Hökumət» portalının yaratdığı imkanlardan istifadə olunmaqla ünvanlı sosial yardım üçün vətəndaşlardan tələb olunan sənədlərin sayının daha da azaldılması niyyətindədir.
Bununla bağlı olaraq, vətəndaşların ünvanlı sosial yardım almaq hüququna baxılması üçün onlara dair müvafiq məlumatların aidiyyatı dövlət qurumlarının informasiya ehtiyatlarından əldə olunması işlərinə başlanmış və artıq Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin informasiya ehtiyatlarından istifadə reallaşmışdır. Digər müvafiq qurumların, o cümlədən Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun da informasiya ehtiyatlarından istifadənin təmin olunması işləri yaxın günlərdə başa çatdırılacaq.
Teqlər: