Peterburq davası toyla bitdi

Peterburq davası toyla bitdi
  25 Fevral 2013    Oxunub:1559

Qız onu qaçıran oğlanla ailə qurur
Rusiyanın Sankt-Peterburq şəhərinin Frunze rayonunda fevralın 19-da azərbaycanlılar arasında baş vermiş kütləvi dava toyla bitəcək. Məlumata görə, qız qaçırılması üstündə yaranan qarşıdurmanın tərəfləri razılığa gəliblər, qız onu qaçıran oğlanla ailə quracaq.

Barışıq barədə qərar ağsaqqalların iştirakı ilə əldə olunub. Azərbaycan diasporundan verilən məlumata görə, qızla ailə qurmaq istəyən digər gəncin heç bir etirazı yoxdur. Tərəflər barışıb. Münaqişəyə son qoyulub.

Ötən gün münaqişənin həll olunması üçün Azərbaycanın Şəmkir rayonundan bir qrup ağsaqqal Sankt-Peterburqa gedib. Barışığa diaspor və ictimai təşkilat nümayəndələrindən ibarət təxminən 300 adam şahidlik edib. Toplantı Neva prospektindəki “Korintiya” hotelinin zallarından birində keçirilib.


Teqlər:  





Xəbər lenti