Uşaqlar üçün yeni internet portal fəaliyyətə başlayıb

Uşaqlar üçün yeni internet portal fəaliyyətə başlayıb
  31 İyul 2013    Oxunub:1127
Azərbaycanda cirtdan.tv uşaq internet portalı fəaliyyətə başlayıb.
AzVision.az xəbər verir ki, portal həm valideynlərin, həm də uşaqların düzgün mənbədən məlumat alması üçün hazırlanıb.

Saytda geniş tərbiyəvi xarakterli materiallardan istifadə etməklə övladların bilik və bacarıqlarını artıraraq mənəviyyatına, tərbiyəsinə və sosial fəaliyyətinin inkişafına böyük təsir göstərmək olar.

cirtdan.tv portalında uşaqlar cizgi filmləri və filmlər izləyə, həmçinin “Oyunlar”, “Testlər”, “Birlikdə öyrənək”, “Foto arxiv”, “Video arxiv” və digər bölmələrdən istifadə edə bilərlər.

Həmçinin portalda “Analar üçün” bloq səhifəsində analara körpəyə qulluq, hamiləlik, uşaqlar və tərbiyə, valideynlərə məsləhət bölmələrindən istifadə etmək imkanı verilir.
İstifadəçilərdən gələ biləcək istəklər də nəzərə alaraq onlara “Arzular və istəklər” bölməsi təklif edilib.


Teqlər:





Xəbər lenti