Əməkdar jurnalistə yeni vəzifə verildi

  01 İyul 2016    Oxunub : 5598
Əməkdar jurnalistə yeni vəzifə verildi
ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinə direktor təyin olunub.
AzVision.az xəbər verir ki, Əməkdar jurnalist Bəhruz Nəzərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru təyin olunub.

Bəhruz Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır. 1997-ci ildə “Space” də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri , baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb. O eyni zamanda 2011-2012- ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin, daha sonra isə Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri olub. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının doktorantıdır.

Qeyd edək ki, hazırda ADNSU-nun 684 nəfərdən ibarət professor-müəllim heyəti, təqribən 9000 nəfər tələbəsi var. Qısa müddət ərzində ADNSU-da aparılan islahatlar sayəsində tələbələrə verilən təhsilin keyfiyyətinin yüksəldilməsi, onların biliklərinin obyektiv qiymətləndirilməsi, eləcə də professor- müəllim heyətinin kvalifikasiya dərəcəsinin və əmək haqlarının yüksəldilməsi, universitetin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Aparılan islahatların nəticəsi olaraq ADNSU qarşısına növbəti beş il ərzində dünyanın aparıcı ali təhsil məktəbləri sırasına daxil olmaq məqsədini qoyub.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: