Eldar İbrahimov: “Nazirliklərin də ögeyi-doğması var?”

Eldar İbrahimov: “Nazirliklərin də ögeyi-doğması var?”
  27 İyul 2013    Oxunub:1627
“Kənd Təsərrüfatı Nazirliyinin rayona köçürülməsi mümkün deyil”.
AzVision.az-a açıqlamasında bu sözləri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Kənd Təsərrüfatı Nazirliyinin Gəncəyə köçürülməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Aqrar Universitetin Gəncədə olması mümkündür, amma nazirliyin rayona keçməsi mümkün deyil:

“Məsələn, Naxçıvanda Kənd Təsərrüfatı Nazirlliyi var. Çünki Naxçıvan Muxtar Respublikadır. Gəncə böyük bir vilayət deyil ki, ayrıca Kənd Təsərrüfatı Nazirliyi olsun. Və yaxud da 500 km-dən Azərbayacana rəhbərlik etsin, elə Bakıda oturub da. Ölkənin başçısı haradadırsa, nazirliklər də onun ətrafında olmalıdır. Məgər bunlar rayon nazirliyidir ki? Nə adı ilə Kənd Təsərrüfatı Nazirliyi gedib orada oturmalıdır? Bəyəm bu nazirliklərin də ögey doğması var?”-deyə, millət vəkili qeyd edib.

Qeyd edək ki, bir müddət öncə də millət vəkili Zahid Oruc Milli Məclisin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Bakıdan köçürülməsi barədə çıxış etmişdi.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti