Sabah qar yağacaq

Sabah qar yağacaq
  23 Fevral 2013    Oxunub:1329
İstirahət günü paytaxtda hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii sərvətlər Nazirliyi xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, temperatur gecə 2-4, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir


Teqlər:





Xəbər lenti