“İranın cavabı veriləcək”

“İranın cavabı veriləcək”
  23 Fevral 2013    Oxunub:1632
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həyəcan təbili çalır
Qurumun rahbəri Yukiya Amano bəyan edib ki, Tehran agentlik nümayəndələrinin nüvə obyektlərində araşdırmalar aparmasına hər vəchlə mane olur. "Biz hələ də İranın əsas nüvə bazalarını görə bilməmişik" deyən Amano İslam Respublikasını əməli ilə sözü arasında qeyri səmimiyyət olduğunu bildirib.
Ölkənin əsas nüvə bazası hesab edilən Parçin hərbi bazası barədə danışan qurum rəhbəri "ora giriş iznimiz olmadığı üçün hələ ki, heç bir məlumat ala bilməmişik" deyib. Amano AEBA ilə əməkdaşlıq etmədiyinə görə Tehranı ittiham edib və cavab tədbirlərinin hazırlandığını qeyd edib. O bildirib ki, İranın hərəkətləri ilə bağlı 12 səhifəlik məruzə hazırlayaraq BMT Təhlükəsizlik Şurasına təqdim edəcək.


Teqlər:





Xəbər lenti