Putin Azərbaycandan İrana gedəcək

Putin Azərbaycandan İrana  gedəcək
  26 İyul 2013    Oxunub:1699
Rusiya prezidentinin səfəri avqust ayının ortalarında baş tutacaq.
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putinin avqustun 12-də İrana səfəri planlaşdırılıb. Səfər çərçivəsində Rusiya prezidenti İranın yeni seçilmiş prezidenti ilə Tehranın nüvə proqramını müzakirə edəcək.

İranın Mehr xəbər agentliyi isə görüşün avqustun 12-də deyil, 16-da baş tutacağını bildirir. Qeyd edək ki, Putinin səfəri İranın yeni seçilmiş prezidenti Həsən Rushaninin andiçmə mərasimindən cəmi bir neçə gün sonraya təsadüf edir.

Qeyd edək ki, Moskva, İrana uranın saflaşdırmağı məhdudlaşdırmasının qarşılığında ona qarşı tətbiq edilən sanksiyaların yumşaldılması kimi güzəştli təklif irəli sürür.

Görüşün gündəmində duran əsas məsələlərdən biri də Rusiyadan İrana silah ixracı ilə bağldır. Putinin Tehranı ixracı dondurulmuş S-300 kompleksinin əvəzinə, daha müasir “Antey-2500” raketləri ilə təmin etmək təklifi ilə çıxış edəcəyi gözlənilir.

Putin sonuncu dəfə İrana 2007-ci ildə, “Xəzər” Sammitində iştirak etmək üçün səfər edib.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti