`Asan Radio` yeni layihəyə başladı

`Asan Radio` yeni layihəyə başladı
  01 İyun 2016    Oxunub:2275
Təhsil Nazirliyi və "Asan Radio" “ASAN məktəb” layihəsinə start verir.
AzVision.az-ın xəbərinə görə, layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir.

“ASAN məktəb” verilişində təhsil sahəsi ilə bağlı müzakirələr aparılacaq və dinləyiciləri maraqlandıran suallara ətraflı cavab veriləcək.

ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdalın aparıcılığı ilə həftədə bir dəfə yayımlanacaq verilişin ilk qonağı Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev olacaq. Verilişdə Azərbaycanda dərs ilinin müddətinin uzadılması və bununla bağlı mövcud olan dünya təcrübəsindən danışılacaq.

“ASAN məktəb” proqramı iyunun 1-də saat 15:00-da yayımlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti