İrəvanda 96 aksiya iştirakçısı saxlanılıb

İrəvanda 96 aksiya iştirakçısı saxlanılıb
  25 Aprel 2024    Oxunub:923
Xəbər verdiyimiz kimi Ermənistanın paytaxtında radikallar etiraz aksiyası keçiriblər.
İrəvanın mərkəzi meydanına toplaşan revanşistlər hakimiyyətə qarşı çağırışlar edib, qondarma soyqırımı və delimitasiya ilə bağlı tədbirlərə qarşı çıxıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 96 aksiya iştirakçısı saxlanılıb. Qeyd edilir ki, onlar polisin qanuni tələbinə tabe olmadıqları üçün bölmələrə aparılıblar: "Aksiya iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 182-ci (Hərbçi və ya polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi üzrə saxlanılıblar".

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti