Müxtəlif bıçaq satan 6 nəfər saxlanıldı - VİDEO
Bu tədbirlər çərçivəsində kəsici-deşici alətlər satan 1999-cu il təvəllüdlü Hüseynov Nurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı il təvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz, 1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyən olunaraq saxlanılıblar.
Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.
"Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır", - deyə məlumatda qeyd edilib.
AzVision.az
Teqlər: