Azərbaycanda 12 üçəm uşaq doğulub

Azərbaycanda 12 üçəm uşaq doğulub
  17 May 2016    Oxunub:2671
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-mart ayları ərzində ölkədə 39 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 696-sı əkiz, 12-si isə üçəm doğulub.

Bu ilin birinci rübü ərzində ölkədə 14,5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

AzVision.az


Teqlər:





Xəbər lenti