Ötən gün nələr oldu?

Ötən gün nələr oldu?
  12 May 2016    Oxunub:2178
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 11-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Sarkisyan İrəvanda Qarabağı müzakirə etdi

Ermənistan prezidenti Serj Sarkisyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ilə İrəvanda keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.

***

Azərbaycan `Eurovision`ın finalında - FOTOLAR+VİDEO

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli Avropanın nüfuzlu yarışmasının finalına vəsiqə qazanıb.

***

Ermənilərin `Eurovision`da bayraq təxribatı - VİDEO

Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub.



Ermənilərin bayraq təxribatı araşdırılacaq

Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

***

Aİ-dən Qarabağ açıqlaması: `Günahkar cəzalandırılmaldır`

Bütün zorakılıqları qınamaq, günahkarları isə məsuliyyət cəlb etmək lazımdır. Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber bildirib.

***

İTV-dən ermənilərin bayraq təxribatına etiraz - VİDEO

Ermənistanın nümayəndə heyəti “Eurovision-2016” mahnı müsabiqəsində təxribata yol verib.

***

Ohanyanın Qarabağa dair gizli səs yazısı yayıldı

Ermənistan parlamentində Qarabağda yaranmış vəziyyətə görə müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə keçirilən qapalı görüş ətrafında qalmaqal yaranıb.

***

“WhatsApp”dan YENİLİK: Telefona ehtiyac qalmadı

Bu gündən etibarən “WhatsApp” istifadəçiləri kompüter vasitəsilə də mesencerdən faydalana biləcək.



Ermənilərin istifadə etdiyi fosforlu bomba nədir? - ARAYIŞ (FOTO-VİDEO)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib.

***

Hərbi attaşelər cəbhədə - Ermənilərin kimyəvi silahı göstəriləcək

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.

***

Magistrlara hərbi möhlət verilməyəcək - Yeni qanun

Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.

***

`İŞİD`-çi Bakıda 8 yaşlı uşağı girov götürdü

Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs uşağı girov götürüb.

***

Deputatlardan Səmranın geyiminə dəstək

Millət vəkilləri Səmranın ünvanına səslənən iradlara münasibət bildirib.



“Eurovision”da qələbə sevinci - FOTOLAR

“Euorvision-2016” finalçılarının sevincini əks etdirən fotoları təqdim edirik:

***

Erməni baş nazir: `Hələlik `DQR`-ı tanımağa ehtiyac yoxdur`

Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) arasında qarşılıqlı hərbi kömək haqqında razılaşma hazırlıq mərhələsindədir. Bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

***

`Qarabağ problemini gələcək nəsillərə saxlamaq olmaz` - Rusiya

"Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir". Bunu Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib.

***

ABŞ-dan ermənilərin kimyəvi silah işlətməsinə reaksiya

“Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət ABŞ və digər ölkələri narahat edir”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.



Prezident şəhid pilotların üçünü də təltif edib - FOTO

2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilotlarımızın üçü də təltif edilib.

***

`Ermənistan `Eurovision`dan kənarlaşdırılsın` - İTV-nin rəhbəri

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib.

***

Ermənistanın nüvə silahı varmı?

“Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan Ermənistanın nüvə silahı olduğunu deyib. O, bu açıqlaması ilə həm özünü, həm də Ermənistanı çətin duruma salıb. İndi rəsmi İrəvan hər yerdə izah etməlidir ki, onun nüvə silahı yoxdur, əks halda Ermənistan beynəlxalq aləmdə problemlərlə üzləşəcək”. Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.



Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şərait - FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində Azərbaycan və Ermənistanın öz əsgər və zabitləri üçün yaratdıqları şəraitə dair fotolar yayıb.

***

`Talış və Mataqisdən başqa qalan kəndlərə qayıdın` - `DQR hökuməti`

Aprelin əvvəllərində gedən hərbi əməliyyatlar zamanı işğal altındakı Ağdərə və Xocavənd rayonlarından qaçan minlərlə erməni Azərbaycan ordusunun yeni hücumundan qorxaraq geri qayıtmaq istəmir.

***

Ermənilərin bayraq təxribatına vitse-spikerdən reaksiya

“Azərbaycan tərəfi Ermənistan təmsilçisinə öhdəliyini xatırladacaq və bununla bağlı mövcud cəzalar tətbiq olunacaq”. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradov ötən gün Stokholumda baş tutan “Eurovision” musiqi yarışması zamanı Ermənistan təmsilçisinin “Dağlıq Qarbağ Respublikası”nın bayrağını nümayiş etdirməsinə münasibət bildirərkən deyib.

***

`Danışıqlar ilkin şərt olmadan başlamalıdır` - Uorlik

Bir neçə il əvvəl danışıqların aparıldığı element və prinsiplər Qarabağ münaqişənin sülh yolu ilə həll üçün əsas rol oynayacaq. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Cemys Uorlik bəyan edib.



Hərbi attaşelər fosforlu mərminin düşdüyü yerdə - FOTOLAR

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Tərtər rayonunun Əskipara kəndinə gələrək Ermənistan silahlı qüvvələrinin ağ fosfor bombası atdığı əraziyə baxış keçiriblər.

***

İlham Əliyev: `2017-2018-ci illər fəal inkişaf illəri olacaq`

2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Bakıda Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib.

***

Ermənilərin atdığı kimyəvi tərkibli mərmi partladıldı - FOTO

Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.

***

Zakir Həsənov yeni hərbi şəhərcikdə - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

***

Prezidentdən sahibkarlara daha bir güzəşt

Azərbaycanda dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Bakıda Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib.

***

Səmranın ifasını bəyəndinizmi? - VİDEOSORĞU

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli Avropanın nüfuzlu yarışmasının finalına vəsiqə qazanıb. Bəs, şəhər sakinləri necə düşünürlər? Onlar da Səmranın ifasını bəyəndilərmi?

***

Ermənistan bayraq təxribatına görə cəzalandırılacaq

Avropa Yayım Birliyi (AYB) ) "Eurovision-2016" müsabiqəsində Ermənistan təmsilçisinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.



Fosforlu bomba nədir? - İNFOQRAFİKA

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib.


Koçaryan da Qarabağa gəldi

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində səfər edib.

***

Hüseyni girov götürən `İŞİD`çi ilə bağlı yeni faktlar - FOTOLAR

Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs bir azyaşlını girov götürüb. Əməkdaşımız girov götürülən uşağın yaşadığı evə baş çəkib.



Leyla Əliyeva film təqdimatında - FOTOLAR

Mayın 11-də IDEA-Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Son hədd” (The End of the line) sənədli filminin premyerası keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

***

`Qarabağ münaqişəsi ən yaxın illərdə həll edilə bilər` - Leonid Slutski

“Dağlıq Qarabağ qanlı münaqişədir və bu problemi gələcək nəsillərə saxlamağa haqqımız yoxdur. Münaqişənin son vaxtlar sözün həqiqi mənasında qanlı problemə çevrildiyini nəzərə alaraq onu tez həll etmək lazımdır”. Bunu Rusiya Dövlət Dumasının deputatı, MDB, Avrasiyaya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

***

AZAL-da yoxlama aparılıb

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.


Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti