Putindən Azərbaycana S-300 qadağası - MEDİA DAYCEST

Putindən Azərbaycana S-300 qadağası  - MEDİA DAYCEST
  31 Yanvar 2013    Oxunub:1585
Qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə Avropada ilk “Erməni soyqırımı abidə muzeyi” tikilir. Fransadakı erməni diasporunun təşəbbüsü ilə Parisin Sevres qəsəbəsindəki bir erməni kolleci abidə-muzeyə çevriləcək.
Bizim Yol

ATƏT seçki tədbirlərinə başlayır

ATƏT-in Bakı ofisi bu ilin fevralından Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayacaq. Bu barədə Gün.Az-a ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay açıqlama verib. K.Tarqay bildirib ki, tədbirlərə Azərbaycanın regionlarından başlanacaq: “Regionlarda bu tədbirlərin keçirilməsi daha önəmlidir və biz çalışacağıq ki, bütün regionları əhatə edək. Maarifləndirmə kampaniyasında xalqın seçkilərində iştirakının daha yüksək olması, seçicilərin siyahıyaalınması, səslərin sayılması, şikayətlərə baxılması, bir sözlə bütün məsələlər diqqətdə olacaq”.

Prezidentin siyasətinə uyğun işləmək lazımdır

AVP sədri, millət vəkili Fəzail Ağamalı bir neçə rayonda baş verənləri ümumilikdə ölkənin adına yazılmasının doğru olmadığını deyib. Onun sözlərinə görə, narazılıqlara səbəb yaradan bəzi məmurlarin iş fəaliyyətini bütün məmurlara şamil etmək haqsızlıq olardı: “Deməzdim ki, bölgələrdə xalq bütün məmurların fəaliyyətindən narazıdır. Narazılıqların yaranmasına səbəb, əsasən, işini qura bilməyən, əhaliylə münasibətlərdə vəzifə təlimatlarına uyğun hərəkət etməyən məmurların fəaliyyətidir. Onlar işlərini Prezidentin apardığı siyasətə uyğun qurmalıdırlar ki, bu cür hallar təkrarlanmasın. Lakin bir-iki məmurun yarıtmaz fəaliyyətini də bütün məmurlara şamil etmək doğru deyil”.

Rasim Musayev yeni vəzifəsindən imtina etdi
Bu günlərdə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılan general-mayor Rasim Musayev təyinat aldığı yeni işində işləməkdən imtina edib. Mənbənin sözlərinə görə, Rasim Musayev polis general-mayor olaraq, İnterpolun Milli Bürosunun polkovnik-leytenant rəisinə müavin getməyi özünə sığışdırmayıb. Məhz bu səbəbdən də Daxili İşlər Nazirliyi generalın bu posta təyinat alması barədə xəbəri rəsmən təsdiqləməyib. Rasim Musayev işə çıxmaqdan imtina etdiyinə görə, DİN rəhbərliyi onu məzuniyyətə göndərib. Nazir Ramil Usubov da Rasim Musayevlə söhbətində onu qoruya bilməməsi ilə yanaşı, irəli çəkə bilmədiyi də etiraf edib.

Yeni Müsavat

İctimai Palata AŞ PA-ya məktub göndərəcək

Yanvarın 30-da İctimai Palatanın Koordinasiya Şurasının iclası olub. İclasa İP KŞ-nın dönəm sədri Zəfər Quliyev sədrlik edib. Onun verdiyi məlumata görə, Koordinasiya Şurası bir neçə məsələ ilə bağlı qərarlar qəbul edib. İlk növbədə yanvarın 31-də saat 12-də Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə İctimai Palatanın keçirəcəyi böyük mərasim barədə müzakirə aparılıb. Z.Quliyev həmçinin məlumat verdi ki, Koordinasiya Şurası Avropa Şurası Parlament Assambleyasına məktub göndərmək barədə qərar verib: “Yaxın günlərdə məktub hazırlanıb göndəriləcək. AŞPA-nın sessiyasında Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinə qarşı çıxan ölkələrin nümayəndələrinin qınaq obyekti kimi göstərilməsi məktubda qeyd olunacaq, həmçinin məruzəni dəstəkləyən ölkələr və onların mövqelərinin tərəfimizdən dəstəkləndiyi məktubda ətraflı əksini tapacaq.

Putindən Azərbaycana S-300 qadağası

Azərbaycan hökumətinin ölkənin işğal olunmuş ərazisində hava məkanında görünən mülki təyyarələri vuracağı barədə bəyanatını ciddi qəbul edib. Ekspertlərin fikrincə, Bakının bu addımı müharibəyə səbəb ola bilər. Bu barədə "Nezavisimaya qazeta" yazıb. Yazıda bildirilir ki, Bakı belə bir imkana malikdir, çünki 2010-cu ildə Rusiyadan "Favorit" zenit-raket sisteminin iki divizionunu alıb və bu sistemin dünyada analoqu yoxdur. Texniki xüsusiyyətlərinə görə, həmin sistem Dağlıq Qarabağın bütün ərazisinə nəzarət etmək imkanı verir. Rusiyanın Müdafiə Nazirliyindən "NQ"-yə bildiriblər ki, Moskva və Bakı arasında Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair qalmaqallı və uğursuz danışıqlardan sonra RF prezidenti Vladimir Putin "Favorit"in üçüncü divizionunun Azərbaycana satılmasını qadağan edib. RF-nin Müdafiə Nazirliyində çalışan zabit-ekspert bildirib ki, bu zenit-raket sistemi 150 kilometr məsafədə hədəfi yüzdəyüz dəqiqliklə vurmağa qabildir. Bu da o deməkdir ki, sistemin görüş dairəsinə girən istənilən mülki uçaq vurula bilər.

Unikal

Ştrasserin siyahısı qapanıb – siyahıdakı qalan məhkumların azadlığı üçün danışıqlar gedir

“Avropa Şurası Parlament Assambleyası üçün (AŞPA) siyasi məhbuslarla bağlı yeni bir siyahının hazırlanmasına ehtiyac yoxdur. Siyasi məhbus məsələsi artıq qapanıb. İnanmıram ki, AŞPA məsələyə bu tərkibdə və qərəzli insanların təhriki ilə yenidən qayıtsın”. Bu sözləri millət vəkili, hüquq müdafiəçisi Çingiz Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslarla bağlı Kristofer Ştrasserin rədd edilmiş məruzəsinə münasibət bildirərkən deyib. Digər hüquq müdafiəçisi Eynulla Fətullayevin fikrincə, K.Ştrasserin son iflasından sonra Azərbaycanda siyasi məhbus məsələsi demək olar ki, bağlandı. Onun sözlərinə görə, Ştrasser bu məsələdə çox ciddi qüsurlara yol verib.

Məmurlar əmlaklarını satışa çıxarır

Azərbaycanın bəzi bölgələrində yerli camaatın son bir ildə yerli məmurlara qarşı qəzəbinin üsyan həddinə çatması istər həmin, istərsə də narazılığın yüksək olduğu digər bölgələrin vəzifəli şəxslərində əndişə yaradıb. Artıq bir çox bölgələrdə yerli rəhbərlərin, onlara yaxın adamların əl-ayağa düşdüyü və önləyici tədbirlər görmək üçün hərəkətə keçdiyi barədə məlumatlar gəlməkdədi. Daxil olan məlumata əsasən, son günlər bəzi rayonlarda icra başçıları və onlara yaxın olan şəxslər rəhbərlik etdikləri rayonların ərazisindəki şəxsi mülklərini və ticarət obyektlərini satışa çıxarırlar. Məqsəd həm mümkün xalq etirazı zamanı onların İsmayıllı və Qubada olduğu kimi, yerli əhalinin qəzəbinə tuş gələrək yandırılıb külə döndərilməsini önləmək, həm də satışdan götürüləcək vəsaitlə təhlükəsiz yerlərdə yeni əmlaka sahib olmaqdır.

Aydın Bəşirovun Xaçmazda torpaq davası

Xaçmazın Müqtədir kəndindəki torpaqsız qalması heç də obyektiv səbəbdən deyil. Səbəb kifayət qədər subyektivdir, səbəbkar isə ölkənin iri oliqarxlarından sayılan “gəmiçilik şefi” Aydın Bəşirovdur. Müqtədir kəndindəki torpaq sahələrinin yerli əhaliyə paylanmasına məhz Aydın Bəşirov mane olur. Səbəb kimi onu göstərir ki, həmin torpaqlar Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin yardımçı təssərüfatına məxsusdur və bu səbəbdən də artıq uzun illərdir bu torpaqlar vətəndaşlara paylamaq üçün razılıq verməkdən imtina edilir.

Gündəlik Bakı

Türk həkimləri ilə görüş niyə narazılıq yaradıb?

Azərbaycanın eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ailəsi Müasir Müsavat Partiyasının sədri hafiz Hacıyevin Türkiyədə mərhumun həkimləri ilə görüşməsinə etiraz edib. Sabiq prezidentin qardaşı Almurad Əliyev kütləvi informasiya vasitələrinə açıqlamasında Hafiz HAcıyevi reklam “kampaniyasından” əl çəkməyə çağıraraq, onun Türkiyədə Elçibəyin həkimləri ilə görüşməsinin yalan olduğunu deyib.

Səlim Müslümovun vəziyyəti yaxşı deyil

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun fəaliyyəti artıq yuxarı dairələri qane etmir. Bir neçə dəfə ona xəbərdarlıq olunmasına baxmayaraq fondun yürütdüyü siyasətdə dəyişiklik olmayıb. Belə ki, 2009-cu ildən etibarən Azərbaycanda pensiya və digər müavinətlərin verilməsində yaranan fasilə, DSMF-nin şöbələrindəki korrupsiya halları, həmçinin vəzifəli şəxslərin həbsi fond sədrini çıxılmaz vəziyyətə salıb. Beləliklə fondun bu səbəblərdən vəziyyəti yaxşı deyil və aldığımız məlumata görə Prezident seçkilərinə qədər onun vəzifə taleyinə aydınlıq gətiriləcək.

İdarə müdiri Əbülfəs Qarayevi aldadır

Sumqayıt Mədəniyyət və Turizm idarəsində yoxlamalar baş tuta bilər. Çünki bu idarənin rəhbəri iclaslarda Mədəniyyət və Turizm nazirinə mədəniyyət ocaqlarının fasiləsiz işlədiyini deyir və büdcədən yardım almağa nail olur. Qeyd edək ki, rəhbər Namiq Qafarovun qeyri-qanuni işləri və ötən ilin hesabatı barədə araşdırmalarımız davam edir.

Azadlıq

«5 qəpik»lə 13 nəfərin cəriməsi ödənildi

Vətəndaş cəmiyyəti fəalları dünən banka 5500 manat - Bakıda 12 yanvarda gənclərin əsgər ölümlərinə etiraz aksiyasında saxlanılan 13 nəfərə kəsilmiş cəriməni ödəyiblər. “5 qəpik” aksiyasında mindən çox insan iştirak edib. Əsas məbləği kiçik dəyərli sikkələr təşkil edib və pul dolu çantaların ümumi çəkisi 40 kq-a yaxın olub.

Rusiyadakı azərbaycanlı milyarderlər partiyada birləşir

Məlumata görə, “Milyarderlər İttifaqı”nda təmsil olunan nüfuzlu azərbaycanlılar (Rusiya vətəndaşı olanlar) “AzərRoss”un keçmiş prezidenti Söyün Sadıqovun təsis etdiyi Milli Vahid Rusiya Partiyasına üzv yazılıblar.
Məqalədə həmçinin qeyd olunur ki, Ukraynadakı Ukrayna Azərbaycanlıları Konqresindən bir qrup ayrılaraq Rusiyada yaradılan Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının analoqu olan Ümumukrayna Azərbaycan təşkilatı İttifaqı yaradıblar.

İctimai Palata İslam Partiyasına «hə» dedi

Azərbaycan İslam Partiyası müxalifətdə təmsil olunan bəzi partiyalarla seçki strategiyası ilə bağlı müzakirələr aparmaq niyyətindədir. Bu barədə AİP sədri Akif Heydərli deyib. İctimai Palata ilə müzakirələrin aparılmasına dair razılaşma əldə olunub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: «İnanclı kəsimin qüvvələrlə əməkdaşlığın zəruriliyini vurğulaması pozitiv bir məqamdır».

Bakı Xəbər

Azərbaycanlı "milyarderlər klubu" üzvünün Dağıstana prezident təyinatının pərdəarxası...

Bu günlərdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü Ramazan Abdullatipov Dağıstanın prezidenti vəzifəsinə təyin olunub.
Artıq Rusiya prezidenti Vladimir Putin bununla bağlı müvafiq əmr də imzalayıb.
Dağıstan prezidenti Maqomedsəlim Maqomedovun Kremllə münasibətlərinin korlanmasına Dağıstanda radikal qruplaşmaların güclənməsi, mərkəzi hakimiyyətdən narazılığın artması, Maqomedovun Dağıstanın rəhbərinin birbaşa xalq səsverməsi ilə seçilməsinə dair verdiyi təklifin səbəb olduğu bildirilir.

Zerkalo

Срок ареста продлен

30 января стало известно о продлении срока ареста предпринимателя Арзу Кязымова, задержанного в связи с распространенными бывшим ректором Международного университета Азербайджана Эльшадом Абдуллаевым видеозаписями. Об этом сообщил адвокат обвиняемого Рамиз Зейналов. По его словам, представление по продлению срока ареста предпринимателя дал генпрокурор Закир Гаралов. На процессе, прошедшем под председательством судьи Фамиля Насибова, представление З.Гаралова было удовлетворено, и срок избранной в отношении А.Кязымова меры пресечения в виде ареста продлен на 3 месяца. Отметим, что обвиняемый Арзу Кязымов был арестован в ноябре прошлого года. Согласно информации Генпрокуратуры, по уголовному делу в связи с пропажей без вести Махира Абдуллаева и другими фактами Гусейнов Вагиф, Агаев Нариман и Кязымов Арзу были обвинены в мошенничестве с нанесением большого ущерба. Отметим, что вышеназванные лица привлечены к уголовной ответственности не в связи с пропажей без вести Махира Абдуллаева, а за мошеннические действия в отношении Эльшада Абдуллаева.

Gündəm Xəbər

Obamanın bəyanat verməsi üçün imzatoplama aksiyası

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the people) bölməsində Xocalı qətliamının tanınması məqsədilə yerləşdirilmiş petisiya üçün faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə imzatoplama kampaniyasına başlanılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

“Ermənistan prezidentinin Xocalı aeroportu ilə bağlı bəyanatı təxribatdır”

Azərbaycan işğal altında olan əraziləri üzərindəki hava məkanını bağlı elan edib. Bu qərar Çikaqo konvensiyasına əsaslanır və bu konvensiyaya qoşulmuş bütün ölkələr qərara riayət etməlidir. APA-nın məlumatına görə bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O, Serj Sarkisyanın yaxın zamanlarda Xocalı aeroportunda uçuşların həyata keçiriləcəyi ilə bağlı sözlərinin təxribatçı xarakter daşıdığını qeyd edib.

Avropada ilk “Erməni soyqırımı abidə muzeyi”
Qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə Avropada ilk “Erməni soyqırımı abidə muzeyi” tikilir. Modern.az-ın məlumatına görə, Fransadakı erməni diasporunun təşəbbüsü ilə Parisin Sevres qəsəbəsindəki bir erməni kolleci abidə-muzeyə çevriləcək. Muzeyin yanında konfrans zalı və araşdırma mərkəzlərinin də inşası planlaşdırılır.
Qeyd edək ki, erməni diasporu “soyqırımın” 100-cü ildönümü çərçivəsində bu muzeyin inşası üçün keçən ilin sentyabr ayında “Sevres – 2015” adlı dərnək yaradıb. Dərnəyə isə beynəlxalq hüquq doktoru erməni əsilli fransız alim Jerar Qurgeriyan rəhbərlik edir.


Teqlər:  





Xəbər lenti