Bakıda 100-dən çox mərmi tapılıb

Bakıda 100-dən çox mərmi tapılıb
  05 May 2016    Oxunub:1622
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu İslam Abuşov küçəsi 16R küçəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri ilə birlikdə keçirilən əməliyyat tətbirləri nəticəsində 102 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd 62 mm-lik minaatan mərmi, 9 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti