597 milyon manat “sovet əmanəti” qaytarılıb

597 milyon manat “sovet əmanəti” qaytarılıb
  19 İyul 2013    Oxunub:1527
Keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə 2012-ci il 1 iyun tarixindən başlayaraq 597 milyon manat məbləğində vəsait ödənilib. Bu pul 1 milyon 619 min 938 əmanət hesabının sahibləri və ya onların vərəsələrinə verilib.
Həmin ödənişlərin 555 milyon manatı və ya 93 faizi 2012-ci ilin 7 ayında, 42 milyon manatı isə 2013-cü ilin 6 ayında ödənilib.

Postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib. Belə ki, hər 1000 rubl əmanət qalığına görə Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə qat-qat aşağı - minimum 7, maksimum 150 ABŞ dolları səviyyəsində olub.


Teqlər:





Xəbər lenti