Azərbaycanda işsizlik 5 faizdən az olacaq

Azərbaycanda işsizlik 5 faizdən az olacaq
  19 İyul 2013    Oxunub:1533
“Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə var. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.

Prezidentin sözlərinə görə, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir: “Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılıb. Bu ilin altı ayında 55 min iş yeri yaradılıb. Onlardan 45 mini daimi iş yeridir. Yəni, bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır”.


Teqlər:  





Xəbər lenti