Dağlıq Qarabağ yaraqlılarının başçısı itib
İrəvanda çıxan "Joxovurd" qəzeti ailəsinin onun harada olduğunu bilmədiyini yazıd. Qəzet yazır ki, ordudan ayrılan Samvel Babayan öz evini, qaynanasının evini, həmçinin dostlarının evlərini girov qoyaraq banklardan iri məbləğdə borclar götürüb.
Evi girov gedən dostların sırasında İrəvanın keçmiş meri və deputat Albert Bazeayanın, Konstitusiya məhkəmsinin sədri Kim Balayanın da evləri var. O, həmin pulları biznesə qoyub, amma biznes tezliklə uğursuz olub, Babayan isə borcu qaytarmaq əvəzinə tələm-tələsik aradan çıxıb.(ANS)
Teqlər: